Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq - İlyas Hüseynov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Hər il ölkəmizdə növbəti illə bağlı plan qurulanda əlamətdar hadisələrlə bağlı cənab Prezident İlham Əliyevin sərəncamı imzalanır."

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"2024-cü il bizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuşdur. Mənə elə gəlir ki, BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP29 tədbirinin ölkəmizdə keçirilməsi çox böyük bir hadisə, göstəricidir. Məhz bu illə bu adın səsləşməsi baş verir, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan dövlətində dünyanın iqlim dəyişikliyi ilə bağlı mötəbər tədbiri çərçivəsində çoxsaylı qonaqlar gələcək və dünyanı maraqlandıran müasir çağırışlarla bağlı müzakirələr keçiriləcəkdir. Bu ölkəmizin imicinin gücləndirilməsi, ölkəmizə olam inam və etibarın artırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, ölkəmizə həm valyuta axını təmin olunacaqdır, həm də mühüm siyasi qərarlar qəbul olunacaq. Bu bir daha sübut edir ki, Azərbaycana olan etimad çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin regional və qlobal miqyasda yürütdüyü siyasət dəstəklənir, ona tərəfdar çıxırlar. Dünyanın bu cür mötəbər tədbiri bizim ölkəmizdə il boyunca keçiriləcəkdir. Digər tərəfdən məhz "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində də lokal səviyyədə düşünürəm ki, çoxsaylı tədbir keçiriləcək. Bu xüsusda məhz işğaldan azad olunmuş ərazilərin cənab Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunması, külək, günəş enerjisinə üstünlük verilməsi, alternativ və bərpa olunan enerji sayəsində ölkəmizə investisiyaların cəlb olunması, bu istiqamətdə təşviqedici addımlar ölkəmiz haqqında çox müsbət rəy formalaşdırır. Beynəlxalq imicə bu təşəbbüslər müsbət təsir göstərir və ümumiyyətlə, 2024-cü il ölkəmiz üçün uğurlu olsun. İlin əvvəlində ölkəmizdə həm də növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyacaq, ölkəmizin bütün ərazilərində prezident seçkilərinin keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31