Üç regionun –Qafqaz, Mərkəzi Asiya və Ərəb Körfəzinin nəqliyyat imkanlarını birləşdirəcək yeni beynəlxalq platforma
27 Noyabr 2023 18:30 SiyasətNoyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Tədbirdə yalnız Azərbaycanın deyil, Qafqazın, Mərkəzi Asiyanın, eləcə də Ərəb körfəzi ölkələrinin gələcəyi üçün taleyüklü sayılacaq müzakirələr aparılıb, qərarlar qəbul edilib. Sammitin əsas nəticəsi Bakı Bəyannaməsinin təsdiqi oldu. SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib.
Amma nədənsə müəyyən şəxslər tədbirin əhəmiyyətini azlaltmaq üçün bunu Azərbaycanın geosiyasi seçiminin dəyişməsinin sübutu kimi təqdim edir, son günlər Qərbin müəyyən təsisatları ilə bağlı müşahidə olunan gərginlik kontekstində dəyərləndirməyə çalışırlar.
Əvvələn, BMT-nin hər hansı proqramının, o cümlədən SPECA-nın toplantısını geosiyasi seçim kimi təqdim etmək məntiqdən uzaq bir yanaşmadır. SPECA hər hansı dövlətin, o cümlədən Azərbaycanın təşəbbüsü ilə yaradılan yeni platforma deyil, 25 il əvvəlki layihədir və BMT-nin təşəbbüsü ilə yaradılıb.
Azərbaycanın töhfəsi ondadır ki, ölkəmiz qeyri-işlək beynəlxalq mexanizmləri işlək vəziyyətə gətirə bildiyini əvvəllər də sübut edib. O cümlədən Qoşulmama Hərəkatının məhz Azərbaycanın sədrliyi dövründə yenidən effektiv beynəlxalq mexanizmə çevrildiyi indi bütün dünyada etiraf olunan faktdır. SPECA-nın məhz Azərbaycanın təşəbbüsləri ciddi işlək mexanzimə çevrilməsi sammitin gedişində Tacikistan Prezidenti Emomali Rəhmon tərəfindən də etiraf olunub: "Şəxsən Siz, hörmətli İlham Heydər oğlu, ən azından SPECA-nın istiqamətində iki əsas sıçrayışa müəllif oldunuz. Birincisi, SPECA-nın son 25 illik tarixi dövründə onun ilk dəfə səviyyəsini iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qaldırdınız. İkincisi, uzun müddət idi ki, bu Etimad Fondunun yaradılması alınmırdı, Siz öz sədrlik ilinizdə bu məsələnin müsbət həllinə nail ola bildiniz".
İkincisi, Mərkəzi Asiyanın və Qafqaz ölkələrinin vahid iqitsadi , bəzən də siyasi məkan kimi nəzərdən keçirilməısi yalnılz SPESA proqramı ilə bundan əvvəl Mərkəzi Asiya respublikaları və Qafqazı bir məkan kimi( SC3+2) nəzərdə tutan təşəbbüslər dəfələrlə ABŞ və Avropa qurumları tərəfindən də irəli sürülüb. Məsələn, Karnegi Fondunun əməkdaşı, 2013-17-ci illərdə ABŞ-ın ATƏT-də səfiri olmuş Daniel Bayer nüfuzlu "Foreign Policy" jurnalında dərc etdiyi məqalədə Bayden administrasiyasının Qarabağla bağlı siyasətini necə qurması, Ermənistanla Azərbaycanı davamlı sülhə təşviq etməsi üçün müxtəlif tövsiyələr sırasında regionu əhatələyən iqtisadi əməkdaşlıq strategiyası yürütmək təklifi də yer alırdı. İddia olunurdu ki, infrastrukturun inkişafına beynəlxalq sərmayə cəlb olunması Ermənistan, Azərbaycan və Gürcüstanın iqtisadiyyatlarını gücləndirərdi. Bildirilirdi ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclaslarında yüksək səviyyəli danışıqlarda bu regionu gündəmə gətirməli, Vaşinqton isə Avropa İttifaqı və Cənubi Qafqazın üç hökuməti ilə işləyərək regional əməkdaşlığın çərçivəsini hazırlamalıdır. Müəllifin fikrincə, Obama administrasiyasının yaratdığı, Tramp administrasiyasının davam etdirdiyi və Orta Asiyada regional əməkdaşlığı nəzərdə tutan C5+1 modeli yeni SC3+2 çərçivəsi(Orta Asiya və Cənubi Qafqaz dövlətləri +ABŞ +Avropa İttifaqı) üçün model ola bilər.
Mərkəzi Asiya dövlətləri rəhbərlərinin Nyu-Yorkda təşkil edilən zirvə görüşü, Avropa İttifaqı dövlət başçılarının yaxın günlərdə baş tutmuş Orta Asiya turneləri də həmin formatın bu və ya digər şəkildə canladırmaq cəhdləridir.
Azərbaycan isə müxtəlif formatlı əməkdaşlıqlara üstünlük verir( Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdşalıq Təşkilatı, ikitərəfli, üçtərəfli əməkdaşlıq formatları, 3+3 formatı, Azərbaycan+ Avropa İttifaqı formatı və s.). SPECA da belə platformalardan biri ola bilər, eləcə də nəqliyyat dəhlizlərinin istifadəyə verilməsini sürətləndirmçək üçün mövcud formatları canlandıra bilər. Əslində Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaqlar qismində iştirakı da məhz sonuncu məqsədin nəzərdə tutulduğunu göstərir.
Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin çıxışı SPECA paltroformasının əhəmiyyətini düzgün anlamayanlara, ölkəmizin qonşularından imtina edib Mərkəzi Asiyaya inteqrasiya edəcyini deyənlərə cavab sayıla bilər: " Bu təşkilat regionun dayanıqlı inkişafı üçün gözəl bir platformadır.Azərbaycan dəyərli qonşumuzdur və strateji tərəfdaşımızdır. Biz qürur hissi ilə demək istəyirik ki, artıq əsrlərdir ölkələrimiz arasında ən yüksək səviyyədə gözəl münasibətlər inkişaf etməkdədir".Sammitdə Mərkəzi Asiya və Körfəzin , Mərkəzi Asiya və Avropanın nəqliyyat imlanlarının uzlaşdırılması da müzakirə olundu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, SPECA ölkələri Avropa ilə Asiya arasında kontinental körpüyə çevriliblər və potensial istifadə olunmalıdır. Qırğızıstan Prezidenti Sadir Jabbarov isə dörd milyard insanı birləşdirən və Asiyadan Türkiyə vasitəsilə Avropaya, Yaxın Şərqə, İrana Bəsrə körfəzinə və Şimali Afrikaya daşınma imkanlarından bəhs edir.
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi Zirvə görüşünün Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə təkan verəcəyini söyləyib.
Cəmaləddin N. Quliyev