“Qrant şəbəkəsi”nin fəaliyyət mexanizmi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Aİ, AŞ, ABŞ qrant layihələrinin pərdəarxası məqamları

Keçmiş Şura hökumətinin dağılması ilə açılan sərhədlər xəyallarda qurulduğu  kimi İttifaq ölkələrinə əmin-amanlıq, dinc həyat, demokratiya, azadlıq əvəzinə anarxiya və xaos gətirdi. Birmənalı şəkildə qeyd edilməlidir ki, belə münasibətlər sistemi Qərbdən ixrac olunaraq insanların həyat tərzinə çevrilməyə başladı. Başqa sözlə, inkişaf etməkdə olan ölkələri idarə etmək, imkan daxilində müstəmləkəyə çevirmək siyasəti çağdaş dünyanın əsas atributuna çevrildi. Heç şübhəsiz ki, sözügedən ideyaların MDB ölkələrində reallaşdırılması üçün yerli emisarlara ehtiyac var idi. Belə sözəbaxımlı kəsimin təsir altına salınması isə elə də çətin məsələ deyildi. Əvvəla, yenicə müstəqilliyə qədəm qoymuş ölkələrin beynəlxalq təşkilatlarla işləmək təcrübəsi kifayət qədər deyildi, üstəlik iqtisadi vəziyyət, xarici donorlar sözün həqiqi mənasında cəlbedici görünürdü. Məhz bu kimi amillərdən yetərincə yararlanan Qərb dövlətləri xüsusi məqsədlər üçün yaratdıqları qeyri- hökumət təşkilatları vasitəsilə öz maraqlarını inkişaf etməkdə olan ölkələrdə reallaşdırmağa start verdilər. Beləliklə insan hüquq və azadlıqları, demokratiya dövlətlər üçün təsir vasitəsinə çevrildi, vətəndaş cəmiyyətlərinin ayaq üstə durması üçün isə maliyyə dəstəyi vədləri verildi. İnsafən qeyd edək ki, ilk mərhələdə sözügedən təsir vasitələrinin hər ikisi effektiv təsirə malik idi. Lakin Qərb layihələrinin əsil mahiyyəti bəlli olduqdan sonra dövlətlərin gördükləri təhlükəsizlik tədbirləri beynəlxalq təşkilatların gizli fəaliyyətə keçməsini məcbur etdi. Gizlin fəaliyyət isə xüsusi təxribat institutlarının, cəsus şəbəkələrinin formalaşması ilə nəticələnib. Hazırda da belə gizili fəaliyyətlər davam etməkdədir və onların toruna düşən media və vətəndaş cəmiyyətlərinin sayı da kifayət qədərdir.   

Elə ölkəmizdə də təxribatçı beynəlxalq qurumların təsiri altına düşən vətəndaş cəmiyyətləri və media subyektləri az  deyil. Bu günlərdə qeyri-qanuni fəaliyyət nəticəsində xarici donorlardan xeyli miqdarda maliyyə vəsaiti əldə etmiş "Abzas Media" nümayəndələrinin həbsi bəzi mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, sözügedən "media təmsilçiləri" ABŞ-dən yönləndirilən "qrant şəbəkəsi"nin diqtəsi ilə fəaliyyət göstərərək, heç bir peşə etikasını gözləmədən ölkəmiz barədə lüzumsuz dezinformasiya yaymaqla məşğuldur. Belə ki, "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. ("Abzas Media" internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı da Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılıb.) Onun ofisində aparılan axtarış zamanı mənbəyi bəlli olmayan 40 min avro məbləğində vəsait aşkar edilib. Məsələ orasındadır ki, hələ hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi açıqlama verməmişdən əvvəl"qrant" şəbəkəsinin üzvləri "Abzas Media"nın guya "müstəqil KİV qurumu" olduğu, direktor Ü.Həsənlinin də məhz "həqiqəti yazdığına görə həbs edildiyi" barədə bəyənat yayırlar. Bəyənat "Sərhədsiz Reportyorlar" Təşkilatı (Paris) və "Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi" (Nyu-York, ABŞ) tərəfindən operativ şəkildə yayılaraq hadisə "müstəqil mediaya qarşı təzyiq" kimi qələmə verilir. Belə məlum olur ki, şəbəkə üzvləri ciddi şəkildə təlimatlandılıblar və əllərinin altında baş verə biləcək hər hansı hadisəyə qərəzli don geyindirəcək mətnlər var. Məntiq isə olduqca sadədir-şəbəkələr, hətta haqsız olsalar belə, bir-birilərini müdafiə etməyə məhkumdurlar. Azərbaycanın əleyhinə olan bütün informasiyaları operativ şəkildə işləyib beynəlxalq aləmin diqqətinə çatdırmalıdırlar. Əgər neqativ fakt olmasa belə, nəsə uydurmalı, dezinformasiya xarakterli mətin ağalarına göndərilməlidir. Sirr deyil ki, bu mexanizmi işlək halda saxlamaq üçün "lokal şəbəkələr"ə külli miqdarda vəsaitlər ayrılır. İnanılmaz görünsə də, faktdır ki, ayrılan vəsaitlərin həcmi milyonlarla dollar ölçülür. Radikal feministlər, "Abzas Media", "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", "Sərhədsiz Reportyorlar"ın yerli ofisi və buna bənzər digər lokal qruplar xüsusi şəbəkə şəkildə bəslənilib inkişaf etdirilirlər. Vəsaitlər isə ən müxtəlif vasitələrlə, xüsusən Gürcüstan bankları və ya fərdi qaydada icraçıya çatdırlır. Məlumata görə, belə layihələrin maliyyələşdirilməsində Avropa İttifaqı, Avropa Şurası, ABŞ-ın müxtəlif təşkilatları fəallıq nümayiş etdirilər. Əvvəllər "Soros Fondu", NED və bu kimi donor təşkilatların istifadə etdikləri maxinasiyalar, bu gün dolayı formada ABŞ səfirliyi, USAID ofisi, AŞ və Aİ-nin Bakı ofisləri tərəfindən təkrarlanır. Məsələ ondadır ki, "Soros Fondu" və NED qismində donorlardan fərqli olaraq, bu qurumlar tərəfindən ayrılan qrantların ölkəyə girişini məhdudlaşdırmaq mümkün deyil. Çünki özəl donor fondlardan fərqli olaraq, səfirlikləri, USAID, AŞ və Aİ-nin ölkələrdəki fəaliyyətləri dövlətlərarası anlaşmalarla tənzimlənir. Fakt isə ondan ibarətdir ki, Avropa dövlətləri, eləcə ABŞ beynəlxalq hüququ "yun çubuxu"na çevirərək dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31