Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır - Müdafiə Nazirliyi

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Belə əsassız iddiaları qəti surətdə təkzib edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31