Xankəndinin Silahlı Qüvvələrimiz tərəfindən atəşə tutulması yalandır - Müdafiə Nazirliyi

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən "Qrad" yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə açıqlamada bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31