Ermənistan sülh çağırışlarını cavabsız qoyur - Özəl
5 İyul 2023 09:22 Siyasət"Azərbaycan Respublikası öz müdafiə imkanlarını genişləndirməklə yanaşı, danışıqlar prosesində hər zaman sülh istəklərini ortaya qoyur və Cənubi Qafqazda qalıcı sülhə nail olunması baxımından yorulmadan fəaliyyət göstərir".
Olaylar xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynovun sözlərinə görə, təəssüflər olsun ki, bu sülh çağırışlarımızı Ermənistan cavabsız qoyur:
"Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Xarici qüvvələrin əlində oyuncağa çevrilmiş Ermənistan sülhdən yayınmağa çalışmaqla əslində öz sonunu yaxınlaşdırır. Sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında, ədalətli şərtlərlə imzalanmalıdır və burada postmüharibə reallıqları mütləq şəkildə nəzərə alınmalıdır. Çünki, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib tərəfdir. Bu qalibiyyət isə qəhrəman Azərbaycan oğullarının canı və qanı bahasına əldə ermişdir".