XİN: “Azərbaycan və ABŞ arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”
4 İyul 2023 15:23 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ni Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində paylaşım edilib.
"4 iyul - Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibəti ilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik", - paylaşımda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31