Ordu quruculuğu hər bir dövlətin özünümüdafiə gücünün əsas mənbəyidir- ÖZƏL

"Ordu quruculuğu hər bir dövlətin özünümüdafiə gücünün əsas mənbəyidir. Müasir dünya sistemində dövlətlərarası münasibətlər diplomatik əlaqələrlə tənzimlənsə də, hər bir ölkə dövlət müstəqilliyini təminat altına almaq üçün güclü ordusuna arxalanır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının fəalı Mənzər Ağabəyova səsləndirib. O qeyd edib ki, bu gün güclü iqtisadiyyatı, ordusu olan ölkə suveren hüquqlarını qorumaqla yanaşı, regionda, dünya dövlətləri arasında söz sahibinə çevrilir:
"Təkcə Qarabağ münaqişəsinə nəzər yetirsək bunu aydın görə bilərik. Uzunmüddətli sülh danışıqları haqlı davamızda torpaqlarımızın bötövlüyünü təmin etməyə kifayət etmədi. Qarşı tərəfin davamlı olaraq, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə maneə olması sonda müharibəyə gətirib çıxartdı. Azərbaycan Respublikası prezidenti İlham Əliyev daima sülh tərəfdarı olan ölkə olaraq qəti mövqeyimizi bildirsə də, torpaqlarmızın işğal altında qalmasına göz yummayacağımızı da dəfələrlə qətiyyətlə  ifadə etmişdir. Bunun nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi böyük zəfərlə sona çatdı. 44 günlük "Dəmir Yumruq" əməliyyatında ordumuz öz şücaətini göstərdi. İşğal edilmiş torpaqlarımızda yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31