Qərb Ermənİstana niyə sanksiya tətbiq etmir?- ÖZƏL
4 İyul 2023 12:21 SiyasətRusiya Ukraynaya erməni əsilli şəxslərdən təşkil olunmuş yeni bir batalyon göndərir. Birləşmiş Ştatların Müharibəni Öyrənmə İnstitutu (ISW) Rusiya mənbələrinə istinadən xəbər verir ki, "Arbat" könüllü batalyonu Moskvadakı erməni kilsəsindən yola salınıb.
Ukraynaya qarşı döyüşəcək erməni batalyonunda Ermənistan vətəndaşları və Abxaziyadan olan etnik ermənilər təmsil olunur.
Məsələ ilə bağlı "OLAYLAR"-a açıqlama verən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Ermənistanın rəsmi və ya qeyri-rəsmi formada Rusiyanın Ukraynada həyata keçirdiyi işğalçılıq siyasətinə dəstək verməsi yeni bir hal deyil:
"Hələ Rusiyanın Ukraynaya qarşı başlamış olduğu işğalçılıq siyasətinin ilk aylarından etibarən İrəvan bu prosesdə yaxından işitrak edir, Rusiyaya maksimum dərəcədə dəstək verməyə çalışırdı. Hətta İrəvanın Ukraynanın işğalı məqsədilə Rusiyaya döyüş təyyarələri verməsi ilə bağlı video faktlar da əksini tapdı".
Lakin İctimai Birlik sədri təəssüflə qeyd edib ki, Birləşmiş Ştatlar, Avropa Rusiyanın işğalçılıq siyasətinə dəstək olduğu üçün Ermənistan heç bir sanksiya ilə üzləşmir, onun barəsində heç bir ölçü götürülmür:
"Göründüyü kimi uzun illər mövcud olan ikili münasibətlər bu gün də davam etməkdədir. İndi hər kəsi bir sual düşündürür. Əgər Qərbi, Avropa və Amerikanı Ukrayna dövləti və xalqının taleyi maraqlandırırsa, o halda Rusiyanın işğalçılıq siyasətinə dəstək olan Ermənistana qarşı nə üçün sanksiya tətbiq edilmir?".