Fransa özünün qürub dövrünə qədəm qoyub - ÖZƏL

"Orta əsrlər dünya imperializminin ən qədim və bu günə kimi qalmış yeganə ölkəsi Fransa özünün qürub dövrünə qədəm qoyub. Afrikadan Cənubi Amerikaya, Sakit və Hind okeanları hövzəsi ada dövlətlərinə kimi uzanır. Antarktikada belə fransız torpaqları var.  Fransanın ərazisinin dörtdə biri qədərdirlər və bu torpaqlarda 3 milyondan çox insan yaşayır.  Fransanın bu torpaqları müxtəlif idarəçilik formalarına malik olmaqla yanaşı, bəziləri Avropa Birliyi torpaqları sayılsa və pul vahidi evro olsa da, bəzi ərazilərdə Fransanın həmin ərazi üçün işlənən frankları tətbiq edilir. Fransa xəritədə qonşu olmadığı ölkələrlə belə bu torpaqlar vasitəsi ilə qonşudur".

Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Sen Martın adasının şimalı Hollandiyaya, cənubu isə Fransaya bağlıdır və bu səbəblə Fransa və Hollandiya qonşudur: 

"Fransa əsrlər boyu bu ərazilərdə istismar, assimilyasiya siyasəti aparıb. Cənubi Amerikada qızıldərili hindliləri belə assımilə edərək dillərini dəyişib, Afrika və digər ada dövlətlərinə olduğu kimi. Tək Afrika qitəsindəki istismar nəticəsində Fransa 500 milyard dollar illik gəlir götürürdü". 

Azər Qaslmov deyib ki, Fransa bu əsrlər ərzində Əlcəzairdə və digər Afrika ölkələrində soyqırım siyasəti həyata keçirib, milyondan çox insan  öldürüb: "Qara dərili insanları qul əvəzinə Fransada istismar edir. İndi həmin insanların nəticələri bu günkü Fransanın həyatına daxil olmaq üçün mübarizə aparırlar. Əsərlərlə onlar Fransanın güclənməsi üçün çalışıblar. Amma fransızlar onları ikinci növ insan gözündə görür. 

Bu gün davam edən və mütəmadi olaraq təkrarlanan belə qarşıdurmalar milliyyətçi fransızlarla afrika və ərəb mənşəli kolonial dövlətlərin insanlarının mübarizədidir.  

Hesab etmək olar ki, bu proseslər Fransanın siyasi quruluşunun dəyişməsi ilə  nəticələnəcək. Fransanın parçalanması mümkün deyil. Sadəcə bu insanlar Fransada əsl vətəndaş olmaq uğrunda mübarizə aparırlar ki, gec-tez buna nail olacaqlar. Amerikada da belə proseslər vaxtilə baş vermişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31