Belçikalı deputata "Cıdır düzü" adlı rəsm əsəri hədiyyə edilib - Özəl
4 İyul 2023 11:24 SiyasətDeputat Kamal Cəfərov belçikalı həmkarına qiymətli rəsm əsəri hədiyyə edib.
Olaylar xəbər verir ki, bu barədə deputat özü məlumat verib: "Sabirabadlı gənc rəssam Sabira Vəliyevanın SabirArt layihəsi çərçivəsində Şuşa şəhərində keçirilən etüd zamanı çəkdiyi "Cıdır düzü" adlı rəsm əsərini Belçika Federal Parlamentinin deputatı Maykl Frelixə hədiyyə etdim.
Eyni zamanda Maykla layihə haqqında geniş məlumat verdim. Sabirabadlı gənc rəssamların keçdiyi dərsləri və mərhələləri biləndən sonra Maykl bildirdi ki, bu rəsm əsəri onun üçün çox dəyərlidir və öz minnətdarlığını bildirdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31