Konstitusiya Məhkəməsinin 25 ildə qəbul etdiyi qərarların sayı açıqlanıb
4 İyul 2023 11:13 SiyasətKonstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların sayı açıqlanıb
"Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır".
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iyulun 4-də Bakıda "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, 25 il ərzində Konstitusiya Məhkəməsi 25 545 qərar və 106 qərardad qəbul edib: "Bu qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır. Məhkəmənin mühüm səlahiyyətlərindən biri konstusiya və qanunların şərhidir. Konstustiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib".