Rusiyada  siyasi elita arasında parçalanma gedir - Özəl

"Ukraynanın uğurlu  əks-hücumları Kremllə ordu arasında böhranı dərinləşdirir".

Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə h əmçinin FSB Müdafiə nazirliyi arasında çəkişmələr siyasi elitanı parçalamaqdadır: " Priqojinin silahlı qiyamından sonra V. Putinin dayaqları xeyli zəifləyib. Ordunun uğursuz hərbi əməliyyatları V. Putinin siyasi nüfuzuna zərbə vurub, Rusiya daxilində təhlükəsizliyin zəif olduğu və xalqın prezidenti dəstəkləməməsi üzə çıxıb. Ona görə də FSB Müdafiə nazirliyinin rəhbərliyinə qarşı yeni əməliyyatlar aparması mümkündür.
Hakimiyyəti əlində saxlayan FSB Müdafiə nazirliyinin uğursuz döyüş əməliyyatlarından məmnundur. Çünki, hakimiyyət uğrunda Müdafiə nazirliyidə öz iddialarını ortaya qoya bilərdi. Prezident V. Putinin hakimiyyəti xeyli zəifləyib və onun hakimiyyətdən getməsi üçün yeni planlar hazırlanı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31