Deputatlarımız belçikalı həmkarları ilə görüşüblər - Özəl
4 İyul 2023 10:05 SiyasətDeputatlarımız belçikalı həmkarları ilə görüşüblər.
Bu barədə Olaylar-a millət vəkili Kamal Cəfərov məlumat verib: "Həmkarlarım Anatoliy Rafailov, Sevinc Fətəliyeva və Nigar Arpadarai ilə birgə Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü Mixael Frelix ilə görüşdük.
Belçika Federal Parlamentinin deputatı Mixael Frelix özünün yəhudi olduğunu və Azərbaycanda yəhudi deputatın da təmsil olunduğu parlament heyəti ilə görüşündən məmnunluq duyduğunu ifadə edib. Onun fikrincə, bu, bütün dinlərə yüksək səviyyədə hörmət olunan açıq və tolerant cəmiyyətin bariz nümunəsidir. Söhbətdə qonaq enerji, ticarət və multikulturalizm sahələri də daxil olmaqla, qarşılıqlı və ümumi maraqlara əsaslanan ikitərəfli əlaqələri gücləndirməyə çağırıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31