Azərbaycan hələlik beynəlxalq legitimliyi gücləndirir - Özəl

"Vaşinqton görüşündə əsas müzakirə mövzusu və fikir ayrılıqlarından biri erməni qoşunların Qarabağdan çıxarılması olub. Bu məsələnin Vaşinqton masasına daşınması əhəmiyyətli məqamdır".

Bunu Olaylar-a deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, erməni qoşunların çıxarılması Rusiyanın vasitəçilik etdiyi və əsas kimi irəli sürdüyü 10 noyabr razılaşmasının 4-cü bəndində əksini tapıb: "Lakin Moskva indiyə qədər icra etmir. Qoşunların çıxarılması müzakirəsinə Vaşinqtonun vasitəçilik etməsi üçtərəfli bəyanatın legitimliyini sual altına salır və bu, rusları razılaşmanı icra etməyə sövq edə biləcək amildir. Əks təqdirdə, Azərbaycan 4-cü bəndi özünün icra edəcək və belə görünür ki, hərəkətə keçməmişdən öncə beynəlxalq legitimliyi gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31