Xarici İşlər Nazirliyinə işə qəbul üzrə müsabiqəyə qeydiyyat BAŞLADI
3 İyul 2023 18:11 Siyasət3 iyul 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının yazılı mərhələsinə onlayn qeydiyyat başlayıb. Qeydiyyat 15 avqust 2023-cü il saat 18:00-dək davam edəcək.
Diplomatik xidmətə qəbul imtahanının yazılı mərhələsində iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.
Müsabiqə prosesi barədə daha ətraflı məlumatla aşağıdakı keçiddə tanış olmaq mümkündür:
https://exidmet.dim.gov.az/elimt/XinTest/elan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31