Mülki ermənilər Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO
3 İyul 2023 17:20 SiyasətNövbəti dəfə Laçın-Xankəndi yolunun başlanğıcında, "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı iyulun 3-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur. Bu dəfə də Qarabağın erməni əghalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31