Beynəlxalq hüquq Azərbaycanın yanındadır- ÖZƏL

"Vaşinqton görüşü digər görüşlər kimi ümidverici xarakter daşımaqdan başqa bir şey deyildir. Verilən bəyanatda deyilir ki, müzakirə olunan məsələlərdə irəliləyiş var, tərəflər əsas məsələlər barədə müzakirəyə başlayacaqlar. Əsas məsələlər  əgər sonda müzakirə olunacaqsa, onda hansı irəliləyişdən  danışmaq olar, hansıki bunlar prinsipial məsələlərdir ?".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  müxtəlif platformalarda sülh danışıqları adı altında görüşlərin keçirilməsi vaxt uzatmaq üçün əsas məqsəddir: "Bu görüşlərin heç bir əhəmiyyəti yoxdur, olmayacaq da. Bu günə kimi Azərbaycan nə əldə edibsə, öz gücünə həll edib. İndi də belə olmalıdır. Nə vasitəçi tərəflər, nə də erməni tərəfi problemləri həll edən deyil. Azərbaycan öz gücünə öz problemini həll etməlidir. Beynəlxalq hüquq Azərbaycanın yanındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31