“BakuBus” Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Olaylar.az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində "Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini" əvəzinə "Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" əlavə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31