Ermənistan köhnə adətindən əl çəkməlidir- ÖZƏL
3 İyul 2023 14:04 Siyasət"İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən dövr ərzində Bakı ilə İrəvan arasında aparılan danışıqların nəticə verməməsinin səbəbi Ermənistanın öz ənənəvi siyasətindən əl çəkməməsidir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, bu səbəbdən nə Moskva, nə Brüssel, nə də Vaşinqton görüşü və aparılan müzakirələr heç bir nəticə vermir:
"İrəvan, bu ölkənin rəhbərliyi üzdə özünü sülh tərəfdarı kimi gösrərsə də, lakin reallıqda atdığı addımlar tamamilə fərqlidir. Ən son Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçirilən görüş ərəfəsində qarşı tərəfin şərti sərhəd boyunca vəziyyəti gərginləşdirməsi deyilənlərin təsdiqidir".
Arzuman Muradlı bildirib ki, Ermənistan köhnə adətindən əl çəkib kompromisə meyilli olmayınca, hər hansı danışıqlar və müzakirələrin heç bir nəticəsi olmayacaq. Bu məqamı mütləq təşəbbüskar, vasitəçi tərəflər nəzərə almalıdır".