Ermənilər əməllərindən peşman olduqlarını bildiriblər - YENİLƏNİB
3 İyul 2023 12:56 SiyasətAzərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə başlayıb.
Olaylar.az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarında qeyd edilib ki, Arutyun Ovaqimyan 1989-cu ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissəsində çavuş kimi müddətdən artıq xidmət keçir. Karen Kazaryan isə 2004-cü ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissədə müddəti hərbi xidmət keçən hərbi qulluqçudur.
Prosesdə daha sonra iş üzrə zərərçəkmiş kimi tanınan Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Babaşov və İbrahim Şıxlarovun anket məlumatları dəqiqləşdirilib.
Bildirilib ki, zərərçəkmiş şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır. Hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıb.
Müşavirə zamanı ermənilər əməllərindən peşman olduqlarını bildiriblər.
Məhkəmə baxışı iyulun 5-nə təyin edilib.