Ermənilərin beynəlxalq tədbirdə daha bir təxribatı- ÖZƏL

"Hazırda Brüsseldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunın 2 və 5-ci İşçi Qrupun birgə onlayn  iclası keçirilir. Samir Əliyev və mən də məruzəçilər sırasındayıq. Samir Əliyev və məndən əvvəl ermənilərin yerli koordinatoru çıxış etməli idi. Amma birdən-birə zoom konfarnsdan yoxa çıxdı. Moderator növbə üzrə sözü Samir Əliyevə və mənə verməli oldu. Biz də mövzular üzrə çıxışlarımızı etdik (iqtisadi, sosial, əmək, məşğulluq və s.)."  "Olaylar" zəbər verir ki, bunu deyən Əmək Hüquqları Müdfafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə,  sonra erməni koordinator konfransa daxil oldu və söz ona veriləndə məlum oldu ki, bu müvəqqəti yoxaçıxma məqsədli imiş: "Bizdən sonra çıxış eləyərək (bizdən əvvəl çıxış etsəydi cavabını alacaqdı) və  mandatından kənara çıxaraq Azərbaycanın Ermənistana "təcavüzü" haqqında bəyanat verməyə başladı. Mən məncbur olub müdaxilə etməli oldum. Bidirdim ki, işğalçı Ermənistandır və hazırda da Azərbaycanın ərazilərində 12 minlik qoşun saxlayır. Bir milyon insan məcburi köçkündür. Tələb etdim ki, mövzu üzrə çıxış etsinlər. Moderator müdaxilə etməli oldu. Mən dəfələrlə belə tədbirlərdə erməni tərəfinin oxşar provokasiyaları ilə üzləşmişəm. Utanıb-çəkinmədən mövzuya dəxli olmayan saxta və böhtan xarakterli bəyanatlar vermək, çıxışlar etmək onlar üçün adı haldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31