Hər bir dövlətə demokratiya dərsi verməyə çalışan Parisin iç üzünün nümayişi- ÖZƏL

"Fransada polisin zorakılığı nəticəsində qaradərili yeniyetmənin həyatını itirməsi ölkə ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb və paytaxt Paris daxil olmaqla ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Bu gün Fransada baş verən prosesləri həm tarixi zərurətdən yaranan bir reallıq kimi, həm də xarici qüvvələrin iştirakı istiqamətindən analiz etmək lazımdır". 
Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, tarix boyu müstəmləkəçi siyasət həyata keçirən, işğal etdiyi ərazilərdə qəddar, qeyri-insani siyasət izləyən Fransa, Afrika coğrafiyasında, xüsusilə Əlcəzair və Ruandada törətdiklərindən dolayı heç bir zaman beynəlxalq hüquq qarşısında cavab verməyib:

"Hazırki prezident Emanuel Makron dönəmində isə ölkə daxilində etnik dözümsüzlük, irqçilik və rasizim kimi meyllər ən üst səviyyəyə çatıb. Bu isə qarşılaşdığı hər bir dövlətə demokratiya dərsi verməyə çalışan Parisin iç üzünün nümayişidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31