Paşinyan nəhayət ki, tələblərindən geri çəkiləcək- ÖZƏL
3 İyul 2023 12:26 Siyasət"Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda Yerevan öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. Bunlar əsasən, sərhədlərin delimitasiya və demarkasiya prosesində anklavlarla bağlı məsələdi. Yerevan 1975-ci xəritəsinin üzərində dayanır. İkinci, qoşunların "Güzgü" prinsipinə uyğun geri çəkilməsidir. Bu da Ermənistanın maraqlarına cavab verir". "Olaylar" xəbər verir ki, bunu deyən poltoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Xankəndi Bakı arasında beynəlxalq missiyanın iştirakı ilə danışıqlar aparamqdır. Yerevan bununla Qarabağ məsələsini gündəlikdə saxlamaqla, gələcəkdə yenidən Azərbaycana təzyiq etmək planına malikdir: "Danışıqlarda dövlətlər arası münasibətlərin normallaşması və sülh sazişi mətni üzərində işlərin davam etməsi razılaşdırılıb. Bu il ərzində iki ölkə arasında sülh müqaviləsinin bağlanması gözlənilmir. Liderlərin növbəti görüşü Avropa İttifaqının vasitəçiliyi ilə olacaq. Keçiriləcək görüşdə yenidən müəyyən razılaşmalar mümkündür. Bu kimi görüşlər kiçik razılaşmarla olur. Bu da iki ölkə arasında dərin düşmənçilikdən, xüsusilə Ermənistanın Azərbaycana qarşı ifrat düşmən siyasətindən qaynaqlanır. Avropa İttifaqının vasitəçiliyi ilə liderlərin görüşündə Ermənistanın Qarabağda separatçılarla bağlı mövqeyində dəyişikliklər olması mümkündür. Sülh müqaviləsinin bağlanması üçün Yerevan Xankəndində ermənilərlə Azərbaycan arasında proseslərdən kənarda durmalıdır. Son prosesdə N. Paşinyan bu tələblərindən geri çəkiləcək".