Azərbaycan Fransa ilə diplomatik əlaqələri aşağı səviyyəyə endirməlidir- ÖZƏL
3 İyul 2023 12:17 Siyasət"Azərbaycan Fransanın vasitəçiliyindən imtina etməlidir. Fransanın iştirakı ilə danışıqlar prosesinə qatılmamalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözklərinə görə, Fransa prezidenti E. Makron Kişinyovda dörd tərəfli görüşdə prezident İlham Əliyevə N. Paşinyandan daha çox təzyiq etdiyini deyir: "Qeyd edim ki, prezident İlham Əliyev müharibədə qalib gəlmiş və kifayət qədər müstəqil, regionda yeni bir siyasi nizam yaradan dövlət başçısıdır. Ümumiyyətlə, prezident İlham Əliyev elə bir xaraketrə malikdir ki, onun heç kim təzyiq dilində danışa bilməz. Fransa prezidenti E. Makronun diledant açıqlaması erməni lobbisnə xoş gəlmək üçün istifadə etdiyi yalnız termin ola bilər. Azərbaycan Frasnsa ilə diplomatik əlaqələri aşağı səviyyəyə endirməlidir".