Tarixi zəfərdə polis əməkdaşlarının müstəsna xidmətləri olub- ÖZƏL

"Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış 29 may 1998-ci il tarixli Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan olunması, milli polisin çoxillik tarixi və peşə ənənələrinin davam etdirilməsinə təkan verməklə yanaşı, həm də polis əməkdaşlarının əməyinə verilən yüksək qiymətin məntiqi nəticəsi idi". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili  Siyavuş Novruzovun sözlərinə görə, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan mütərəqqi islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları bu gün nüfuzlu dövlət təsisatına çevrilib: "44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının müstəsna xidmətləri olmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31