Dünyanın heç bir demokratik ölkəsində jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir- ÖZƏL
3 İyul 2023 11:02 Siyasət"Son dövr ərzində Fransanın Azərbaycana münasibətdə sərgilədiyi şər və böhtan ritorikası dövlətlərarası siyasi münasibətlərə ciddi zərbə vurmaqdadır. Bir müddət əvvəl Azərbaycanın Fransadakı səfirliyinə edilən hücum, E.Makronun mütəmadi olaraq Azərbaycanla bağlı heç bir diplomatik etikaya sığmayan böhtan və təhrif dolu iddiaları Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq üçün rəvac vermişdir". "Olaylar" xəbər verir ki,bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı törədilən cinayət bir daha sübut edir ki, fundamental dəyərlərdən - insan haqları və demokratiyadan dəm vuran Fransa özü birbaşa insanlara qarşı qanunsuz hərəkətlər edir: "Dünyanın heç bir demokratik ölkəsində, normal dövlətlərdə jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərə xas bir xüsusiyyətdir. Ən pisi odur ki, əməkdaşlarımızın təhlükəsizliyi və sındırılmış çəkiliş vasitələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərə də məhəl qoyulmur. Bu isə artıq hüquqi nonsensdir. Sözügedən fakt Fransa iqtidarının böhran dövrünü yaşadığını, ölkədə hakimiyyət qollarına nəzarət etməkdə gücsüz olduğunu bir daha təsdiq edir".