Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Blinken arasında görüş başlayıb

Olaylar.az trend-ə istinadən bildirir ki, ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

Qeyd edək ki, iyunun 27-də ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu başlayıb.

İlk gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Entoni Blinken bağlı qapılar arxasındaAzərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdən sonra E.Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib. Daha sonra nazirlər 4-5 saat fasilələrlə davam edən ikitərəfli formatda danışıqları davam etdiriblər.

İkinci gün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Bundan sonra iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.

Blinken bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirləri ilə yekun plenar iclasda iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31