AzTV-nin əməkdaşlarına qarşı Parisdəki hücumu qınayırıq - Leyla Abdullayeva
29 İyun 2023 14:59 SiyasətAzərbaycan Televiziyasının (AzTV) əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq.
Olaylar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva özünün tviter səhifəsində yazıb.
"Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir" - deyə səfir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31