AzTV komandasına edilən hücuma görə çox təəssüflənirəm - Fransanın Azərbaycandakı səfiri

Fransada AzTV televiziya komandasına edilən hücuma görə çox təəssüflənirəm.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib.

"Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq", - deyə səfir özünün "Twitter" hesabında yazıb.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31