"Rusiya üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin sabit olması vacibdir"
28 İyun 2023 19:28 SiyasətRusiya üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin sabit olması vacibdir.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
"Müqavilə sabit olmalıdır. O, Azərbaycan və Ermənistan arasında maraqlar tarazlığını təmin etməlidir. Buna Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin yol xəritəsinin ardıcıl həyata keçirilməsi əsasında nail olmaq olar. Bu yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar toplusudur", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31