Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü 4 saatdan çoxdur davam edir - FOTO (YENİLƏNİB)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ-da görüşü keçirilir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, görüş 4 saatdan çoxdur ki, davam edir.

xxx

19:57

ABŞ-ın Arlinqton şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken bu gün bağlı qapılar arxasında iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam edib.

İyunun 29-dək davam edəcək danışıqların əsas mövzusu sülh sazişidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31