ABŞ dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş başlayıb - FOTO

ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüşə başlayıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, görüş Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, E.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə bağlı qapılar arxasında ikitərəfli görüşlər keçirib.

İyunun 29-dək davam edəcək danışıqların əsas mövzusu sülh sazişidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31