Polşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi  qeyd olunacaq

Milli Məclisin deputatı Müşfiq Məmmədli  iyunun 27-də Polşanın paytaxtı Varşava şəhərinə səfər edəcək.

Olaylar xəbər verir ki, səfər çərçivəsində deputatımız Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin Polşadakı səfirliyinin inzibati binasının ərazisində Ulu Öndərin  büstünün açılış mərasimində iştirak edəcək.

Tədbirdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və müstəsna xidmətlərindən bəhs ediləcək.

Açılış mərasimində Polşa hökumətinin,  Senat və Seyminin, diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər. 

Səfər iyunun 29-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31