Azərbaycan Ordusunun maddi-texniki təchizatı getdikcə daha yüksək səviyyəyə çatdırılır - ÖZƏL
25 İyun 2023 14:32 Siyasət"Prezidentin siyasi iradəsi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər bu gün də intensiv şəkildə həyata keçirilir, kompleks tədbirlər görülür. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ardıcıl xarakter alıb".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahihb Hüseynov səsləndirib. O bildirib ki, dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə hər il kifayət qədər böyük vəsait ayrılır:
"Azərbaycan Ordusunun maddi-texniki təchizatı getdikcə daha yüksək səviyyəyə çatdırılır. İndi Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Silahlı Qüvvələri yeni dövrün çağırışları əsasında və NATO standartlarına uyğun olaraq komplektləşdirilir. Bu da Ordumuzu quruda, suda və havada istənilən döyüş tapşırıqlarını yerinə yetirmək və ölkəmizi istənilən hücumdan müdafiə etmək potensialına malik olan qüdrətli hərbi gücə çevirir".