Azərbaycanda 5 polkovnikə general-mayor rütbəsi verilib - SİYAHI
25 İyun 2023 13:21 SiyasətPrezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilsin:
polkovnik Elmir Zülfüqar oğlu İbrahimova
polkovnik Arif Həsən oğlu Həsənova
polkovnik İslam Şixzadə oğlu Əmirağayevə
polkovnik Bilal İsmayıl oğlu Çompuzova
polkovnik İlqar Saab oğlu Qafarova.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31