Ali Baş Komandanın ordumuza göstərdiyi diqqət və qayğı uğurlu nəticələr verir - ÖZƏL

"Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev səsləndirib. O bildirib ki, Prezident,  Ali Baş Komandan cənab İlham Əliyevin ordu siyasəti sahəsində Silahlı Qüvvələrimizin hərbi texniki təhcizat səviyyəsi, nizam intizamı və döyüş ruhu kifayət qədər yüksəlir: "Ona görə də Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşıb. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxtı verilən əmri yerinə yetirməyə qadirdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31