Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir - ÖZƏL
25 İyun 2023 11:14 Siyasət"Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Nigar Məmmədova səsləndirib. O bildirib ki, aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı idi: "Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə ölkəmiz müdafiə sənayesi sahəsində günü-gündən inkişaf edir. Mühüm əməkdaşlıqlar nəticəsində hərbi arsenala müasir texnika və silahlar alınır, ölkəmizdə istehsal olunan hərbi təyinatlı məhsullar ordumuzun potensialının möhkəmləndirilməsinə xidmət edir. Orduda əlaqələr "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası" əsas götürülərək yaradılır".