İsveçrədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova iyunun 26-da İsveçrənin paytaxtı Bern şəhərinə səfər edəcək.

Olaylar xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin deputatı Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bu ölkədə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Səfər iyulun 2-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31