Azərbaycan beynəlxalq hesabatlarda mövqeyini yaxşılaşdıracaq
24 İyun 2023 13:12 Siyasət"Dövlət büdcəsinin dörddə birini təşkil edən satınalmaların ümumi maliyyə tutumunun 7 milyard manata yaxın olması o deməkdir ki, nəinki inhisara qarşı, eləcə də büdcənin xərclənməsində getdikcə artan ictimai nəzarət, xalqın qarşısında hesabatlılıq və aşkarlıq, o cümlədən korrupsiyanın azaldılması və qənaətli, effektiv xərclənmələrin həyata keçirilməsi son illərin nailiyyətləri hesab oluna bilər". Olaylar xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Deputat çıxışı zamanı bəzi məqamlara toxunub, təkliflərini irəli sürüb: "O da faktdır ki, rəqabət mühiti şəffaflıq və himayəsiz qurumların bərabər imkanlar qazanmasına şərait yaratdığı kimi, eyni zamanda öhdəlikləri yerinə yetirmək imkanları olmayan iddiaçıların da satınalmalarda qalib olması riskini artırıb. Hesablama Pa delatasının rəyində deyilir ki, belə hallarda dövlət satınalmaları ləngiyir, təqdim edilən malların (işlər və xidmətlərin) keyfiyyəti aşağı düşür, bəzən qalib iddiaçının ümumiyyətlə müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən imtinası ilə bağlı risklərə yol açır.Yeni qanun layihəsi imkan verəcək ki, Azərbaycan beynəlxalq hesabatlarda öz mövqeyini yaxşılaşdıracaq. Çünki bir mənbədən istifadə üzrə reytinqlərdə ön yerdə olmaq qətiyyən müsbət hadisə sayıla bilməzdi".