Spiker Silahlı Qüvvələr günü münasibətilə Prezidenti təbrik edib

"İki gün sonra xalqımız Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününü qeyd edəcək. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış erməni ordusu Ordumuz tərəfindən 3 il əvvəl darmadağın edilib". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədr bildirib ki, biz hərbi qulluqçularımızın igidliyini heç zaman unutmayacağıq: "Bu gün Silahlı Qüvvələrimiz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan Prezidentini təbrik edir, yeni uğurlar arzulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31