Taksilərdə əlavə cihazlar quraşdırılmayacaq - Rəsmi

"Taksilərdə proses telefonla idarə olunduğu üçün hansısa əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib. Əlavə edib ki,  hansısa vətəndaş smartfondan istifadə etmədikdə cihaz quraşdırılması mümkündür.

Nazir müavini reys qabağı müayinə məsəsləsinə də diqqət çəkib: "Reys qabağı müayinə dedikdə sürücünün temperaturunun ölçülməsi, onun alkoqol qəbul edib-etməməsinin yoxlannılması nəzərdə tutulur. Başqa ölkələrin təcrübəsi nəzərə alınaraq burda müasir avadanlıqlarla nəzarət tətbiq ediləcək. Qarajlarda xüsusi avadanlıqlar vasitəsilə sürücülər tibbi müayinədən keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31