Deputat Priqojini Surət Hüseynova bənzətdi
24 İyun 2023 11:37 Siyasət"Bu gün səhər saatlarında Rusiyada "Vaqner"in rəhbəri Yevgeni Priqojin qiyama əl atıb. Rusiyada qanuni hakimiyyətə qarşı qiyam qaldırılıb. Bu, eynilə bizdə 90-cı illərdə Surət Hüseynovun qaldırdığı qiyam kimidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib: "Biz Rusiyadan fərqli olaraq qonşu ölkədə baş verən qiyamı pisləyirik. Bundan əlavə, qanuni hökumətin bu kimi problemləri qanuni yolla həll etməsini arzulayırıq. Hesab edirəm ki, parlament olaraq da biz öz mövqeyimizi bildirməliyik".
Deputat Siyavuş Novruzov isə Azərbaycanın heç bir ölkənin daxili işinə qarışmadığını söyləyib: "Azərbaycan suverən ölkədir. Heç bir ölkənin daxili işinə qarışa bilməz. Qüdrət bəy burada bildirir ki, parlament münasibət bildirsin. Təbii ki, bu mümkün deyil. Amma istəyən şəxs öz fərdi mövqeyini bildirə bilər".