“Kosmik fəaliyyət haqqında” qanun qəbul edildi
24 İyun 2023 11:34 SiyasətMilli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında "Kosmik fəaliyyət haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Olaylar xəbər verir ki, 6 fəsil, 24 maddədən ibarət olan qanun layihəsi müzakirələrdən səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, sözügedən qanun Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31