Deputat Məhkəmə-Hüquq Şurasının üzvü təyin edildi

Milli Məclisin deputatı Nizami Səfərov yenidən Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. Olaylar xəbər verir ki, bununla bağlı "N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31