Prezident: Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahib olmağımız bizə strateji üstünlük təmin edir
23 İyun 2023 15:39 SiyasətBiz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
"Son iki il yarım ərzində Ordumuzun böyük dərəcədə gücləndirildiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31