Səhiyyə Nazirliyi hiss etmir ki, dərmanların qiymət artır? - Deputat

"Səhiyyə Nazirliyi hiss etmir ki, son illər ölkədə mütəmadi şəkildə dərmanların qiymət artır, qıtlıq var, əlçatan deyil?!" Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib: "Görəsən nazirlik bu barədə nə düşünür? Tutaq ki, dəyişiklik qəbul edildi. Bəs sonra dərmanların qiymətinin ucuzlaşması mümkün olacaq? Keyfiyyətli dərman əldə edə biləcəyik? Çünki bu gün apteklərdə keyfiyyətsiz dərmanlar satılır, hətta bildiyimə görə içərisində olan bəzi komponentlərdən istifadə də edilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31