Azərbaycan hökuməti maliyyə amnistiyası ilə bağlı addımlar atacaq - AMB sədri
23 İyun 2023 13:18 Siyasət"Azərbaycan hökuməti maliyyə amnistiyası ilə bağlı addımlar atacaq. Banklarda 5 milyard manata yaxın sərbəst vəsaitlər var. Yalnız kredit faizlərin azaldılması ilə məsələ həll olunmayacaq". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. Taleh Kazımov bildirib ki, maliyyə sektoru olaraq amnistiyaya müsbət baxırlar: "Hazırda hökumət tərəfindən araşdırmalar aparılır və buna uyğun olaraq hökumət maliyyə amnistiyası ilə bağlı addımlar atacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31