Heç bir qüvvə birliyimizi poza bilməz! - ÖZƏL

"Dünyada elə bir cəmiyyət və ya dövlət yoxdurki orada problem, narazılıq olmasın. Əlbətdə cəmiyyət olan yerdə problemin, narazılığın olması normal haldır. Gədəbəydə baş vermiş məlum hadisə hər birimizi dərindən kədərləndirdi. Biz demokratik ölkədə yaşayırıq, hər kəs əmin olsunki, baş verən istənilən hadisəyə hüquqi qiymət veriləcək və ən qısa zamanda haqq ədalət öz yerini tapacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan insan amilinə ən yüksək dəyər verilən, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunduğu  demokratik dövlətdir:
"Dövlət siyasətinin mərkəzində insan amili dayanır və ölkəmizdə dünya ölkələrinə nümunə olacaq dövlət vətəndaş siyasəti həyata keçirilir.  Bütün bunlarla yanaşı ayıq sayıq olmalıyıq. İstənilən vəziyyətdə maksimum dərəcədə məsuliyyətli olmalı və etdiyimiz hər bir hərəkətin məsuliyyətini tamlıqla dərk etməliyik. Əlbətdə bu gün ölkəmizin inkşafı, dünyada artan nüfuzu anti- Azərbaycan qüvvələrin yuxusunu ərşə çəkib. Ən əsası çalışmalıyıq ki düşmənlərimizi sevindirməyək!  Biz dünyaya birlik dərsi keçən, dünyanın birliyimizə həsəd apardığı Qalib Azərbaycan xalqıyıq. Heç bir qüvvə birliyimizi poza bilməz!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31