Yeni bir manatlar dövriyyəyə buraxılacaq - Baş Bankir

"Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı 100 min manatlıq limitin artırılmasına ehtiyac yoxdur. Çünki ıimit artıqca, bankların izafi xərcləri də artacaq. Bu da maliyyə sabitliyinə mənfi təsir edəcək". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Bildirib ki,  Azərbaycanda kredit faizləri region ölkələri ilə müqayisədə aşağıdır: "Bu gün Azərbaycanda orta kredit faizi hüquqi şəxslər üzrə 10,1 %, fiziki şəxslər üzrə 16,1 %-dir. Rusiyada bu göstəricilər müvafiq olaraq 8,9 % və 12,5 %, Gürcüstanda 4 5 % və 18,6 %, Qazaxıstanda isə 18,9 % və 19,1 %-dir. Yüksək inflyasiya şəraitində kredit faizlərinin azaldılması məqbul hesab edilmir. Bu, qiymət artımını sürətləndə bilər".

Baş bankir əlavə edib ki, avqust və sentyabr ayında yeni bir manatlar dövriyyəyə buraxılacaq: "Bir manatlıq əskinazlar köhnə dövriyyə olunduğundan avqust və sentyabr ayında yeniləri dövriyyəyə buraxılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31